Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


02.03.2020  15:09 

Xameneyinin müşaviri koronavirusdan öldü





A+  A-

İranda ilk dəfə yüksək vəzifəli dövlət məmuru COVİD-19 virusuna görə həyatını itirib.
XəzərNews.az “İnterfaks”a istinadən xəbər verir ki, İranın Ali dini lideri Ayətullah Əli Xameneyinin Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi virusa yoluxaraq vəfat edib.

Qeyd edək ki, İran koronavirus epidemiyasının ən ağır təsir göstərdiyi ölkələr siyahısındadır. Ölkədə ümumilikdə 978 yoluxma faktı aşkarlanıb, onlardan 54-ü ölümlə nəticələnib.

Xatırladaq ki, İranda koronavirusa yoluxanlar arasında İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zünnur, vitse-prezident Məsumə İbtikar, Səhiyyə nazirinin müavini İrəç Hərirçi və Qum Tibb Universitetinin rektoru Məhəmməd Rza Qədir olmaqla 5 dövlət məmuru var. Bu yaxınlarda isə İran İslam Şurası Məclisinin deputatı Məhəmmədəli Ramazani COVİD-19 xəstəliyinə yoluxaraq dünyasını dəyişmişdi.

Xəbər 1620 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +