Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


30.04.2020  17:23 

XİN-dən Azərbaycana qayıtmaq istəyən vətəndaşlarla bağlı - Açıqlama





A+  A-

“Qlobal sağlamlıq böhranı ilə bağlı yaranmış vəziyyətdə Azərbaycan hökuməti xarici ölkələrdə olan və geri qayıtmaq istəyən vətəndaşlarımızın ölkəyə qaytarılması üçün təxirəsalınmaz tədbirləri görüb və tədbirlər hələ də davam etməkdədir. Hətta hazırkı xüsusi karantin rejimində xarici ölkələrdəki vətəndaşlarımız ölkəyə geri qaytarılır”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Bildiyiniz kimi, Rusiya Federasiyasıdakı vətəndaşlarımızın geri qayıtmasını təmin etmək üçün xüsusi portal yaradılıb, vətəndaşlarımızın onlayn qeydiyyatı həyata keçirilib. Ötən həftələrdə bir qrup vətəndaşımız, 548 nəfər ölkəyə qaytarılıb və Rusiyadakı digər vətəndaşlarımızın da Azərbaycana qaytarılması istiqamətində işlər aparılır. Lakin nəzərə almaq lazımdır ki, geri qayıdan hər bir vətəndaşımız karantində yerləşdirilir və bu proses karantin yerlərinin hazırlığı ilə bilavasitə əlaqəli şəkildə həyata keçirilir.

Tərəfimizdən dəfələrlə vətəndaşlarımıza müraciətlər edilib, ölkəmizin Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri həmyerlilərimizə çağırış edib, onları anlayış göstərməyə səsləyib. Çünki hazırda vətəndaşlarımız qeydiyyatdan keçdikdən sonra onlara “Evə gedirəm” portalı vasitəsilə göndəriləcək məlumatı gözləməlidirlər, onların sərhəd-buraxılış mənətəqəsinə getməsinə heç bir lüzum yoxdur. Əslində sərhəd məntəqəsinə getməklə vətəndaşlarımız özlərinin və yaxınlarının sağlamlıqlarını təhlükəyə atırlar.

Bir daha vurğulamaq istərdik ki, vətəndaşlarımızın ölkəyə gəlməsi ölkədəki karantin yerlərinin hazırlığına uyğun olaraq reallaşdırılır. Bu xüsusda, əlbəttə, həkimlərimizi də düşünməliyik, demək olar ki, fasiləsiz çalışan tibbi personalın əməyinə hörmət nümayiş etdirməliyik. Onu da nəzərə almaq lazımdır ki, digər ölkələrdə də müvəqqəti qalan və geri qayıtmaq istəyən vətəndaşlarımız var, onların da vətənə qaytarılması üzrə işlər görülür.

Sərhəd-buraxılış məntəqəsinə yığışmaq çıxış yolu deyil və hər bir vətəndaşımızın bunu anlaması vacibdir. Bir daha qeyd etmək istərdik ki, hökumətimiz tərəfindən xarici ölkələrdəki vətəndaşlarımızın ölkəyə qaytarılması istiqamətində işlər Azərbaycandakı vəziyyətin inkişafına, karantin yerlərinin və müvafiq logistik təminatın hazırlığına uyğun olaraq, planlı şəkildə həyata keçiriləcəkdir”, - deyə XİN rəsmisi bildirib.



Xəbər 2144 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +