Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib


18.03.2025  11:45 

Tramp Oval kabinetdəki mübahisədən danışdı





A+  A-

Fevralın 28-də Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə mübahisə Ukraynada sülhə nail olmaq üçün edilən təzyiqlərin bir hissəsi idi.

XəzərNews.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp martın 17-də C-Span kanalı tərəfindən yayımlanan brifinqdə bildirib.

"Orada çoxlu insan öldürülür və biz Ukraynanı düzgün addım atmağa məcbur etməliydik. Bu, çətin bir vəziyyət idi. Oval kabinetdə kiçik bir səhnə gördünüz, amma məncə, onlar indi düzgün iş görürlər və biz sülh sazişi əldə etməyə çalışırıq. Biz atəşkəs əldə etmək, sonra isə sülh sazişi əldə etmək istəyirik", - deyə o, jurnalistlərə bildirib.

Amerika prezidenti Ukraynaya hərbi yardımı dayandırmaq qərarının Rusiyanın Kursk bölgəsindəki müdafiə qüvvələri üçün fəsadları olması ilə razılaşmayıb:

"Xeyr, yox, heç də yox, tam tərsinə... Çoxlu ölümlərə səbəb olacaq pis bir iş görən birini görürəmsə, müdaxilə etməyimin yeganə səbəbi insanlıqdır. Mən insanlıqdan müdaxilə etdim, çünki orada çoxlu insan ölür".



Xəbər 1739 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +