Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


15.05.2024  23:01 

“Qarabağ Ramil üçün ən yaxşı seçimdir”





A+  A-

Xəzərnews.az xəbər verir ki, 24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Aslan Kərimovdur. O, Ramil Şeydayevin Qarabağ FK-ya yenidən qayıtma ehtimalından danışıb.

-Ramil Şeydayevin Qarabağ FK-ya qayıtması haqqında fikirlər var. Belə bir hal mümkün olarsa, sizcə, bu Ramilin karyerasına necə təsir edər?

Təcrübədə də görünüb ki, "Qarabağ"dan gedən oyunçular yenidən kluba qayıdıblar. Onlar "Qarabağ"la yenidən müqavilə bağlıyıb oynaya bilirlər. Qapılar birtərəfli bağlı deyil. Qarabağ FK-ya Ramildən çox Kadynin qayıtması daha real görünür. Hər halda "Qarabağ" Ramilin oynadığı liqadan və yaxud oynadığı klublardan daha prestijlidir. Yəni "Qarabağ" onun formada qalması üçün daha əlverişli klubdur. Maddi cəhətdən müqayisə edə bilmərik, amma 100 faiz deyə bilərəm ki, ustalıq baxımından Qarabağ FK-nın oynadığı yerlər Ramilin oynadığı komandanın səviyyəsindən qat-qat yuxarıdır. Geri qayıdası olsa, özünü yaxşı tərəfdən göstərməkdən ötrü "Qarabağ" Ramil üçün ən yaxşı seçimdir. Çünki burada məsələ həm də milli komanda məsələsidir. Ramilin Taylandda oynamağındansa, "Qarabağ"da məşqçilərin gözünün qabağında, millidə oynamağı onun üçün daha yaxşı olar.

Zəhra Niftiyeva

Xəbər 21868 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +