Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib
“Vialon” MMC vətəndaşın evini başına uçurur - Video
General-mayorun bacısı oğlu şantaj edilib
Xanlar Vəliyevi kim əvəz edə bilər?


08.12.2021  17:16 

1853 nəfər yoluxdu, 33 245 vaksin vuruldu





A+  A-

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1210 yeni yoluxma faktı qeydə alınıb, 1853 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan XəzərNews.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 599 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 569 238 nəfər müalicə olunaraq sağalıb, 8019 nəfər vəfat edib, aktiv xəstə sayı 22 456 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 033, ötən müddət ərzində isə ümumilikdə 5 633 054 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 245 vaksin vurulub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 949, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 355 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 25 941 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 772 313, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 107 205, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 601 258 nəfər təşkil edir.

Ümumilikdə isə 1 063 850 buster doza vurulub.

Xəbər 1499 dəfə oxunub.




09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +