Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib
“Vialon” MMC vətəndaşın evini başına uçurur - Video
General-mayorun bacısı oğlu şantaj edilib
Xanlar Vəliyevi kim əvəz edə bilər?


02.10.2020  10:08 

“Raqufun ruhu şad oldu, o zirvələrdə artıq düşmən yoxdur” - VİDEO





A+  A-

“Azəriqaz” İstehsalat Birliyi 2016-cı ilin aprel döyüşlərində vətən uğrunda qəhrəmancasına şəhid olan əfsanəvi “Murov Qartalı”, şəhid polkovnik-leytenant Raquf Orucov haqqında video çarx yayımlayıb.
XəzərNews.az xəbər verir ki, video materialda hazırda bütün cəbhə boyu qoşunlarımızın əks-hücum əməliyyatının uğurla davam etməsi, bir sıra işğaldakı ərazilərimizlə yanaşı, Murovdağ silsiləsindəki əhəmiyyətli yüksəkliyin də azad olunmasından bəhs olunur. Bundan başqa qeyd edilir ki, 2016-cı ilin aprel döyüşlərində vətən uğrunda qəhrəmancasına şəhid olan əfsanəvi “Murov Qartalı”, şəhid polkovnik-leytenant Raquf Orucovun bu gün ruhu şaddır. Çünki 1972-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olan Raquf Orucov Murov dağını özünün ikinci evi sayırdı.

Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibəsində bunları qeyd edib:

“Raquf Orucov bir döyüşçü kimi ilk hərbi fəaliyyətinə 1995-ci ildə Murovdağ silsiləsində yerləşən N saylı hərbi hissədə başlayıb. O, oranın hər cığırını, keçidini tanıyırdı. Həmişə deyirdi ki, nə vaxtsa qayıdacaq. Murovdağ ucalıqdır, Azərbaycan ordusu bir zirvə idi. Bilirsiz nəyə görə sevinc verdi? Xüsusilə Raqufun ruhu şad oldu. O oylaqlarda, zirvələrdə artıq yağı düşmən, mənfur düşmən yoxdur”.

Video materialda o da qeyd edilir ki, “Azəriqaz” İB Azərbaycan əsgərinin yanında olmaqla yanaşı, onun qayğılarını, qazilərin ailələrini diqqətdən kənarda qoymur. Birliyin bütün kollektivi arxa cəbhənin məsuliyyətini yaxşı dərk edir, ən qaynar nöqtələrdə qaz təsərrüfatının çətinliklərinin həllinə çalışır. Belə ki, şəhid polkovnik-leytenant Raquf Orucovun vaxtilə yaşadığı Ağdam şəhərindəki fərdi yaşayış evi təbii qazla təmin edilib. Bu barədə də fikirlərini bölüşən Sevinc Orucova bunları deyib: “Biz müraciət etməsək də, hiss etdik ki, bizi düşünən biri var. Bizim problemlərimizi, qayğılarımızı çəkən biri var. Bu özü bir dəstəkdir, ümiddir!”

Biz sizinləyik, Azərbaycan Əsgəri! Qarabağ Azərbaycandır!



Xəbər 4324 dəfə oxunub.





09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +