Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib
“Vialon” MMC vətəndaşın evini başına uçurur - Video
General-mayorun bacısı oğlu şantaj edilib
Xanlar Vəliyevi kim əvəz edə bilər?


24.05.2020  16:09 

Dənizdə dalğanın hündürlüyü 6,6 metrə çatıb





A+  A-

Mayın 24-ü səhərədək olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış yağıb, güclü şimal-qərb küləyi əsib.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 5 mm, Qusar, Kişçayda (Şəki) 2 mm, Zaqatala, Quba, Mingəçevir, Xınalıq, Gədəbəy, Naftalan, Şəmkir, Daşkəsən, Şəki, Xaltan, Qırızda 1 mm olub.

Şimal-Qərb küləyi arabir Neftçalada 35 m/s, Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Ağstafa, Bərdə, Tərtərdə 25 m/s, Qazıməmməd, Yevlaxda 23 m/s, Ağdam, Xaçmazda 20 m/s, Şəmkirdə 19 m/s, Salyan, Zərdabda 18 m/s, Göyçay, Mingəçevir, Yardımlıda 16 m/s olub.

Abşeron yarımadası və Abşeron Dəniz rayonuna gəlincə, Sumqayıt, Maştağada 38 m/s, Bakıda 35 m/s, Neft Daşlarında 29 m/s, Çilov adasında 27 m/s, Pirallahı, Qum adasında 25 m/s, Ələtdə 24 m/s, Binədə 23 m/s, Zabratda 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6,6 metrə çatıb.

Xəbər 2043 dəfə oxunub.




09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +