Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib
“Vialon” MMC vətəndaşın evini başına uçurur - Video
General-mayorun bacısı oğlu şantaj edilib
Xanlar Vəliyevi kim əvəz edə bilər?


14.05.2019  16:03 

“Yarım saatdır sizə başa salıram...” - Məmmədyarov erməni jurnalistə





A+  A-

Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyi ilə bağlı yüksək səviyyəli konfransda erməni jurnalistin təxribat xarakterli sualını cavablandırıb.
XəzərNews.az-ın xəbərinə görə, jurnalist nazirə Ermənistanın Baş Naziri Nikol Paşinyanın Qondarma Dağlıq Qarabağ xalqı tərəfindən seçilmədiyi üçün onları təmsil edə bilməməsi haqda absurd sual ünvanlayıb.

Məmmədyarov isə cavabında belə bildirib: Bunu sizə yarım saatdır başa salıram... Bunlar hamısı öz konstitusiyanızı bilməməkdən irəli gəlir. 1990-cı ildən qüvvəyə minən konstitusiyanı oxumağı tövsiyə edirəm”.

Daha sonra həmin jurnalist yenə sual vermək istədikdə Azərbaycan XİN rəhbəri üzünü digər jurnalistə çevirərək Qarabağ məsələsi ilə bağlı suala şərh verib: “Başa düşmək lazımdır ki, biz belə yaşamağa davam edə bilmərik. Bax indi siz özünüzü aldatmaqla yanaşı, erməni xalqını da aldatmağa çalışırsınız. Sizdən soruşuram: “Erməni xalqı Azərbaycanla davam edən bu 30 illik müharibədən nə əldə edib?””.

Xəbər 1506 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +