Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib
“Vialon” MMC vətəndaşın evini başına uçurur - Video
General-mayorun bacısı oğlu şantaj edilib
Xanlar Vəliyevi kim əvəz edə bilər?


07.02.2019  09:26 

22,4 milyon çinli cəzalanıb - İctimai nəqliyyata bilet ala bilmirlər





A+  A-

Son 1 il ərzində Çin hökuməti milyonlarla çinlinin sürətli qatarlara və təyyarələrə bilet alışını qadağan edib.
XəzərNews.az Technote-yə istinadən xəbər verir ki, həmin insanlar ödəmədikləri borclara, vergilərə və cərimələrə görə qara siyahıya düşüblər.

2018-ci ildə Çinin 5,4 milyon sakini sürətli qatar, 17 milyon sakini isə təyyarə biletləri ala bilməyib. Ümumilikdə 22,4 milyon nəfər cəzalanıb. Maraqlısı ondadır ki, həmin insanlardan yalnız 1417 çinli öz adını qara siyahıdan çıxarmağı bacarıb.

Məlumat üçün bildirək ki, Çin hökuməti 2014-cü ildən bəri sosial etibarlılıq reytinqini test edir. Lakin onu müəyyən mərhələlər ilə işə salır. Bu sistemin irimiqyaslı işə salınmasına isə 2020-ci ildə start veriləcək.

Hələlik hökumət öz maliyyə öhdəliklərini pozmuş şəxslərə nəzarət edir. Buna görə də maliyyə öhdəliklərini pozmuş sakinlər birbaşa “qara siyahı”ya daxil olurlar. İnsanlar siyahıya təkcə vergilərdən boyun qaçıranlar deyil, həm də ictimai nəqliyyatda pis davranış edənlər, ölkəyə qadağan olunmuş məhsullar gətirənlər, saxta sənədlərdən istifadə edənlər də düşür. Həmin insanlar barədə xəbərdarlıqlar hətta bəzi qatarlarda canlı yayım vasitəsilə insanlara çatdırılır.

Xəbər 1258 dəfə oxunub.




09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +