Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib
“Vialon” MMC vətəndaşın evini başına uçurur - Video
General-mayorun bacısı oğlu şantaj edilib
Xanlar Vəliyevi kim əvəz edə bilər?


22.05.2018  09:45 

Hitler nə vaxt və necə ölüb? - Alimlər son qərara gəldilər





A+  A-

Fransız alimləri Rusiyanın Dövlət Arxivində apardıqları araşdırmalardan sonra II Dünya müharibəsi zamanı nasist Almaniyasının lideri Adolf Hitlerin ölüm tarixini və səbəbini dəqiqləşdiriblər.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, nasist liderin 1945-ci ildə öldüyü təsdiqlənib. "European Journal of Internal Medicine" jurnalında yayımlanan elmi nəticələrə əsasən, Hitlerin sianid turşusu içərək özünü güllələməsi iddiaları doğrudur.

2000-ci ildə Moskvada sərgilənən Hitlerin dişlərinin də olduğu çənə sümüyünü incələyən alimlər onun Berlinin təslim olmasından bir neçə gün əvvəl – 1945-ci il, aprelin 30-da öldüyünü bildiriblər.

Çənə sümüyünün qalıqları daha əvvəl də araşdırılsa da, ondan hissələr götürə bilməyən alimlər bu dəfə həmin qalıqları elektron mikroskopla analiz ediblər. Hitlerin dişlərində vegeterian olduğu üçün ət liflərinə rast gəlinməyib. Eyni zamanda, hər hansı barıt qalığı da aşkarlanmayıb. Bu isə Hitlerin tapançanı ağzına salaraq atəş açması iddiasını doğrultmur. Onun dişlərinin üzərində sianid turşusu və diş metallarının kimyəvi reaksiyasının nəticəsi olaraq mavi maddə qalıqları aşkar edilib. Hitlerin kəllə sümüyündəki güllə izi isə onun başına atəş açdığını göstərir.

Qeyd edək ki, tarixçilər rus əsgərlər Berlinə girərkən yeraltı sığınacaqda gizlənən Hitlerin arvadı Eva Braunla birlikdə intihar etdiyinə inanır. Hitlerin cəsədi nasist hərbçiləri tərəfindən yandırılısa da, çənə və kəllə sümüyünün qalıqları rus əsgərlər tərəfindən ələ keçirilərək İosif Stalinin əmriylə Moskvaya aparılıb. Ölmündən sonra Hitlerin qaçdığı və hətta yaşadığı iddiaları da irəli sürülmüşdü.

Xəbər 1601 dəfə oxunub.




09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +