Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib
“Vialon” MMC vətəndaşın evini başına uçurur - Video
General-mayorun bacısı oğlu şantaj edilib
Xanlar Vəliyevi kim əvəz edə bilər?


05.01.2018  16:28 

Mənzil alan jurnalistlər evlərinə nə vaxt köçəcək? — AÇIQLAMA





A+  A-

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli 2017-ci ildə dövlət başçısı tərəfindən mənzil hədiyyə edilən jurnalistlərin evlərinə nə zaman köçəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.
XəzərNews.az-ın məlumatına görə, V.Səfərli “Ölkə.Az”-a açıqlamasında bildirib ki, ev alan jurnalistlərin həmin binaya köçməməsinin səbəbi sənədlərin hələ hazır olmamasıdır:

“Biz çalışırdıq ki, ev alan jurnalistlər Yeni ili öz evlərində qeyd etsinlər. Ancaq çox təəssüf ki, bunu çatdıra bilmədik. Çünki evlərlə bağlı sənədlər hələ hazır deyil. Sənədlərin hazırlanması işi isə bizdən asılı olan məsələ deyil, biz çalışırıq ki, tez həll olunsun. Ev alan jurnalistlər kimi mən də sənədlərin Yeni ilə qədər həll olunmasını istəyirdim. Bundan əvvəl də demişdim ki, biz jurnalistlərin öz evlərinə Yeni ilə qədər köçəcəyinə çalışacağıq”.

V.Səfərli “jurnalistlər Novruz bayramına qədər öz evlərinə köçə biləcək?” sualına isə belə cavab verib:

“Bu barədə mən indidən dəqiq bir söz deyə bilmərəm. Çünki bu məsələ təkcə bizdən asılı deyil. Sakinlərin həmin binaya köçməsi üçün bir neçə qurumların rəy verməsi lazımdır. Ona görə də lazım olan həmin sənədlər hazır deyil. Ancaq biz çalışacağıq ki, mənzil alan jurnalistlər Novruz bayramını öz evlərində qeyd etsinlər. Ancaq indidən dəqiq bir söz deyə bilmərəm”.

Xəbər 1399 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +