“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı


25.01.2022  14:25 

Sulu qar yağacağı ehtimalı var - Xəbərdarlıq





A+  A-

Bakıda və Abşeron yarımadasında yanvarın 27-si gündüzdən 28-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

XəzərNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, 27-28-də arabir yağıntılı olacağı, 27-si axşam, 28-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Havanın temperaturu 2-6° isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 27-də qərb rayonlarından başlayaraq 28-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, 27-də gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın minimal temperaturu mərkəzi aran rayonlarında 0-5° şaxta, dağlarda 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta olacaq.

Xəbər 1551 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +