Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


21.08.2017  12:49 

Qəbələdə yol polisi faciəvi şəkildə öldü





A+  A-

Qəbələ rayonunda polis əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Qəbələ-Ağdaş avtomobil yolunun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağdaş rayonunun Dəhnə Xəlil kənd sakini, 1991-ci il təvəllüdlü Manafov İslam Nəriman oğlu 03-BJ-363 dövlət nömrə nişanlı "VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Qəbələ rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı olan çavuş İslam Manafov hadisə zamanı ağır bədən xəsarətləri alıb. O, Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

(apa)

Xəbər 3757 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +