“RR Construction” vətəndaşın evini söküb - Video
“VMR Estetik“in qurbanı: Ayağımdakı deşikdən 10 aydır irin axır
Səfərbərlik Xidmətinin idarə rəisi həbs edilib
Prezident İlham Əliyev və xanımı Çində
Ermənistan müxalifəti Azərbaycanla sülhə qarşı çıxır?
Peskov: “Rusiya ABŞ ilə əlaqələri davam etdirir“
İsveçrə Rusiyanın 8 media orqanına sanksiya tətbiq edib
Yelena Ukraynanın birinci xanımı olmağa hazır deyil
Qaynından əxlaqsız mesajlar aldı, ərinə göstərdi
Ölkənin ən işıqlı gəncini ölümə necə sürüklədilər?


14.06.2022  11:10 

Bəzən bir pencəyi 4 il geyinirdim...





A+  A-

Beş-altı il əvvəl, yəni boş-bekar olanda, ciddi bir işin qulpundan yapışmayanda bəzən gündə 3-4 saat canlı efirdə olurdum. Azərbaycanda işləyən adam acından ölür, kimdir işləməyən adama pul verən?! Buna görə də sıxıntılarım indikindən çox olurdu, sadə məişət qayğılarının əlində əsir-yesir qalır, bəzən bir pencəyi 4 il geyinirdim...

Bir dəfə insan səmimiyətilə bağlı mövzunu müzakirə edəndə bunu dilə gətirdim. Dedim ki, biz olduğumuz kimi görünmək istəmirik. Məsələn, mən bu pencəyi 4 ildi efirlərə geyinirəm, amma bunu dilə gətirməyə çətinlik çəkirəm. Bilirəm ki, bu sözlərdən sonra hətta ən yaxın dostlarım da mənə əfəl deyib ələ salacaqlar. Hansı ki, sözə xəyanət eləmədiyimə, sözü alver predmetinə çevirmədiyimə görə tənqid yox, təqdir olunmalıyam...

O vaxt qızım aşağı sinifdə oxuyurdu. Düz 1 həftə məndən küsdü. Hər gün məktəbə gedəndə qorxurdu ki, sinif yoldaşları ona lağ edəcək. İnanın, uşaq məktəbə getməyə utanırdı...

Əslində, necə olmalıydı:

Mən qəbir yerini şəhid ailəsinə satan bələdiyyə sədri olsaydım, qızım sinif yoldaşlarından utanardı...

Mən pasiyentin xəstə ayağını qoyub sağ ayağını kəsən savadsız həkim olsaydım, qızım mənim yerimə xəcalət çəkərdi...

Mən ölmüş adamın “ifadəsi” əsasında günahsız insanı dəmir barmaqlıqların arxasına göndərən qansız hakim olsaydım, övladlarım hamının yanında gözükölgəli olardı...

Mən bir mənzili 3 adama satıb puluyla oğluna, qızına 5 yerdə ev alan dələduz iş adamı olsaydım, övladlarım tay-tuşlarının yanında xəcil olardı...

Mən tabeliyində olan işçilərə qan udduran, vəzifəcə özündən böyük adama yaltaqlanan ikiüzlü valideyn olsaydım, uşaqlarım buna görə pəjmürdə olardı...

Kasıb olmaq, amma düzgün yaşamaq, düz danışmaq nə vaxtdan eyib sayılır?

Təəssüf ki, bizim ölkəmizdə sayılır...

Günahkarı kənarda axtarmaq lazım deyil. Varlı, vəzifəli adama Adil müəllim deyib qabağına qaçan, kasıba Ədil deyib ələ salan, aşağılayan biz deyilikmi?

Mən hələ alimə lağ etməyimizdən, aktyora mütrif, xanəndəyə “manıs” deyib ələ salmağımızdan danışmıram...

Nə əkiriksə, onu da biçirik...

Seymur VERDİZADƏ

Xəbər 7552 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq

22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər

22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +