Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


02.12.2021  23:31 

“İstəyirəm Azərbaycan yenə bizə həsəd aparsın“ - Saakaşvili





A+  A-

Gürcüstandan gedəndə həqiqətən də yemək üçün pul problemi yaşadım və buna görə də dərslər keçməyə başladım.

Bu sözləri keçmiş prezident Mixeil Saakaşvili məhkəmə prosesində özünü müdafiə etdiyi zaman deyib.

Onun sözlərinə görə, indi özü ilə Gürcüstandan heç nə aparmayan birini mühakimə edirlər:

“Mən Gürcüstandan gedəndə həqiqətən də yemək üçün pul problemim var idi. Sonra dərslər keçməyə başladım. Amma indi məni, Gürcüstandan heç nə aparmayan bir şəxsi mühakimə edirlər. Pandemiya zamanı iqtisadiyyat çökəndə dəbdəbəli saraya yüz minlərlə, həmçinin maşında 102 min dollar ödəyən klan rəhbəri Levan Murusidze indi məni mühakimə edir".

O həmçinin, əhaliyə müraciət edib və qələbənin yaxında olduğunu deyib:

"Əminəm ki, qələbəmiz çox yaxındır. Onlar çox zəifdirlər, qorxurlar və divara dirəniblər. Cəmiyyət birləşməlidir. Gürcüstanın super gələcəyi var, super dövlət olacaq. Mən burada heç bir vəzifəyə can atmıram, amma mənim bir arzum var, Ukrayna, Ermənistan, Azərbaycan və s... yenə də bizə həsəd aparsınlar", - deyə M. Saakaşvili bildirib. /axar.az/

Xəbər 1712 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +