Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


11.11.2021  10:15 

Saakaşvilinin bədənində xəsarətlər aşkar olunub





A+  A-

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşviliyə baxış zamanı onun bədənində xəsarətlər aşkar olunub.

Bu barədə məlumatı gürcü siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze açıqlayıb.

Kipşidze Saakaşvilinin həbsxana klinikasına köçürülməsi zamanı ona qarşı mümkün qeyri-insani davranış halını aydınlaşdırmaq üçün aparılan tibbi ekspertizada iştirak edib.

“Hazırda tibbi araşdırma aparılır. Mən işimi bitirdiyimdən tez çıxdım. Ona xarici baxış keçirirlər. Onun bədənində xəsarətlər var idi. Bunların nə olduğunu deməyəcəyəm. Onun bədəninin müxtəlif hissələrində xəsarət izləri var”, - deyə Kipşizde qeyd edib.

Həkimin sözlərinə görə, Saakaşvili hələ də dərman qəbul etməkdən imtina etsə də, analiz verməyə razı olub: “Biz analizlər götürdük. Bəzilərinin nəticələri gözlənildiyi kimi pisləşib. O, burada müalicə almır, vəziyyəti yaxşı deyil və bu, belə davam edə bilməz”. /“Qafqazinfo”/

Xəbər 2477 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +