Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


17.01.2024  15:34 

Əhalinin sayı açıqlandı: 10 milyon 176 min 811 nəfər





A+  A-

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il dekabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 milyon 176 min 811 nəfər təşkil edib.

Xəzərnews.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.

Təkcə ötən ilin on bir ayı ərzində Azərbaycanda 103 min 367 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,2-dən 11,1-ə enib.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Körpələrin 3 min 134-ü əkiz, 135-i üçəm, 4-ü isə dördəm doğulanlardır.

Ötən ilin on bir ayı ərzində ölkədə 54 min 794 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 6-dan 5,9-a düşüb.



Xəbər 1117 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +