Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


24.06.2022  19:41 

BNA beynəlxalq təşkilatın tədbirlərində iştirak edib





A+  A-

Türkiyənin İstanbul şəhərində İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (UITP) Konfransı keçirilib. Türkiyə, İngiltərə, İspaniya, Yaponiya, Qazaxstanın ictimai nəqliyyat qurumlarının məsul şəxslərinin qatıldığı konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi də iştirak edib. Konfransda Covid-19 pandemiyasından sonra ictimai nəqliyyatım dayanıqlığının təmin edilməsi, bu sahəsdə innovasiyaların tətbiqi, yeni maliyyələşdirmə qaynaqlarının inkişafı və sərnişindaşımada elektrik avtobuslarına keçid haqda ətraflı müzakirələr aparılıb. Covid-19 böhranı nəticəsində yaranmış yeni çağırışları nəzərə alaraq dayanıqlı şəhər mobilliyi prinsiplərinin daha dərin tətbiqi, ətraf mühit məsələləri və ictimai nəqliyyat sisteminin uzun müddətli inkişafı hədəfləri xüsusilə diqqət mərkəzində saxlanılıb və müxtəlif ölkələrin təcrübələri paylaşılıb.

XəzərNews.az xəbər verir ki, tədbir çərçivəsində, həmçinin Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti haqqında məlumat verilib, post-pandemiya dövründə ictimai nəqliyyatın dayanıqlılığının və fasiləsiz fəaliyyətinin təmin olunması, ictimai nəqliyyatın yeni idarəetmə modeli və yeni maliyyə imkanlarının yaradılması sahəsindəki planları açıqlanıb.

İstanbulda həmçinin UITP-nin ən əsas komitələrindən biri olan “Avtobus Komitəsi”nin 112-ci iclası keçirilib. 1961-ci ildə yaradılmış “Avtobus Komitəsi”nin işində Yaponiya, Kanada, Amerika və bir çox Avropa ölkəsi də daxil olmaqla 25 ölkədən 50 ictimai nəqliyyat operatorları, bu sahədə araşdırmaçılar və qərar qəbul edənlər iştirak edib. UITP Avtobus Komitəsinin rolu avtobus sistemlərinin təşkili, istismarı və idarə olunması ilə bağlı ümumi maraqlara cavab verən məsələlər üzrə beynəlxalq platforma kimi çıxış etməkdir. Görüşdə pandemiyadan sonra sərnişindaşımaların hazırki vəziyyəti, tendensiyalar, yeni çağırışlar və bir neçə şəhərin uzun müddətli planları paylaşılıb. Avrasiya regionuna daxil olan ölkələr sırasında Türkiyədən sonra ilk dəfədir ki, Bakı Nəqliyyat Agentliyi komitədə iştirak edir.

Dünyanın 100-dən çox ölkəsindən 2000-dən artıq nəqliyyat sahəsində fəaliyyət göstərən təşkilat və şirkətlərin üzv olduğu UITP çərçivəsində müasir çağırışlara uyğun ictimai nəqliyyatın inkişafı və idarəedilməsi, şəhər mobilliyinin dayanıqlığının təmin edilməsi və yol-nəqliyyat infrastrukturunun təşkili kimi sahələrdə qabaqcıl təcrübələr öyrənilir və ölkəmizdə tətbiqi imkanları araşdırılır. Bakı Nəqliyyat Agentliyi 2018-ci ildən UITP-nin üzvüdür. Agentlik həmçinin, UITP-nin Avrasiya regionu üzrə İcraiyyə Komitəsində təmsil olunur və təşkilatın müxtəlif tədbirlərində fəal şəkildə iştirak edir.

Xəbər 1580 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +