Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


26.04.2022  11:38 

Məmur xalqın xidmətçisidir, yoxsa yumruqçusu?.





A+  A-

Bakıda Bakıda “Lexus” markalı 10 VX 707 dövlət nömrə nişanlı avtomobilin sahibinin motosiklet sürücüsünü vurması və təhqir etməsi ilə bağlı görüntülər sosial şəbəkələrin gündəminə çevrilib.

Yayılan məlumatlarda qeyd edilir ki, sözügedən sürücü Sultan Tofiq oğlu Dadaşovdur və o, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiridir.

Sosial şəbəkə istifadəçiləri S.Dadaşovun cəzalandırılmasını tələb edir. Daxili İşlər Nazirliyi isə açıqlama yayaraq qeyd edib ki, görüntülər araşdırılır.

Bəs dövlət məmurunu hansı cəza gözləyir?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı deputat Aqil Abbas Bakupost.az -a açıqlama verib.

Millət vəkili bildirib ki, vəzifəsindən asılı olmayaraq həmin məmur cəzalandırılmalıdır:

“Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq, həmin məmur xuliqanlıq edib. Ona görə də cəzalanmalıdır. Əgər motosiklet sürücüsü şikayət edərsə, o, mütləq cəzalandırılacaq. Heç kimə döymək, təhqir etmək hüququ verilməyib. Konstitutsiyada hər kəsin hüquq bərabərliyi var. Vəzifəsi var, lap yaxşı, amma bu hərəkət yolverilməzdir. Həmin vəzifəli şəxsin işdən azad olunması barədə işlədiyi yer qərar çıxara bilər. Cəzalandırılarsa, işdən çıxarıla bilər. Əgər mənim elə işçim olsa, bir dəqiqə işdə saxlamaram. Çox güman ki, cəzalanacaq. Məmur olmur, qeyri məmur olsun, ona kimisə döymək hüququ verilməyib. Cənab Prezident deyir ki, dövlət məmuru xalqın xidmətçisidir. Xalqın xidmətçisi belə iş görməməlidir”.

Xəbər 1620 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +