Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


29.03.2017  18:12 

Avtobusların zolağına keçən sürücülər belə cəzalanacaq





A+  A-

Bakı Nəqliyyat Agentliyi (BNA) 36 küçə və prospektdə avtobuslar üçün xüsusi hərəkət zolağının çəkilməsini təklif edib.
XəzərNews.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu BNA-nın baş direktoru Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, ilkin olaraq 9 küçə və prospektdə bu zolağın çəkilməsinə razılıq verilib. V.Kərimli xatırladıb ki, avtobuslardan başqa, operativ nəqliyyat vasitələri, o cümlədən təcili tibbi yardım maşınları da bu zolaqlardan istifadə edə biləcək.

Həmin zolaqlardan taksilərin istifadəsinə gəlincə, qurum rəhbəri bunu deyib: "Bakıdakı taksi məsələsi ilə bağlı pərakəndə vəziyyət mövcuddur. Buna görə, biz vahid taksi sisteminin yaradılması ilə bağlı təklif irəli sürümüşük. Bəzi taksilər "A" nöqtəsindən "B" nöqtəsinə aparmaq üçün dolayı yollardan istifadə edir. Taksi bazası yaradıldıqdan sonra taksilər onlara verəcəyimiz xətlə istifadə edəcəklər. Əks halda istənilən şəxs avtomobil damına taksi işarəsi qoyub həmin yoldan istifadə edəcək. Bu məsələdə vətəndaşlarımızın da üzərinə məsuliyyət düşür. Gərək vətəndaşlarımız fərqlənmə nişanı olmayan taksilərdən istifadə etməsinlər".

V.Kərmili xüsusi hərəkət zolaqlarından istifadə hüququ olmayan digər nəqliyyat vasitələrinə tətbiq ediləcək cəza tədbirlərinə də toxunub. Onun sözlərinə görə, BNA ilə Baş Dövlət Yol Polisi (BDYP) arasında memorandum imzalanıb. Memorandumun şərtlərinə əsasən, xüsusi hərəkət zolaqlarından istifadə edən nəqliyyat vasitələrinin fotoları BDYP-yə göndəriləcək və onlar barəsində müvafiq cəza tədbiri görüləcək.



Xəbər 1738 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +