Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


26.06.2024  18:36 

Həbsdə olan milli fəalın ailəsi ilə görüşünə qadağa qoyulub





A+  A-

Təbriz həbsxanasında məhkumluq dövrünü yaşayan milli fəal Salar Tahir Əfşara qarşı məhdudiyyətlər tətbiq edilib.

Xəzərnews.az Diaspora.TV-yə istinadən xəbər verir ki, bu barədə onun Bacısı Sevda Tahir Əfşar məlumat yayıb.

Bildirib ki, Salar Tahir Əfşar aclıq aksiyasına başlayandan sonra onun ailəsi ilə görüşü və telefon danışığına qadağa qoyulub.

Salar Tahir Əfşar Tehranın Evin həbsxanasında saxlanılan və aclıq aksiyası keçirən fəallara dəstək verdiyinə görə təzyiqlərlə üzləşib, aclıq aksiyasına əl atıb.

Qeyd edək ki, 4 aydan çoxdur Evin həbsxanasında saxlanılan 4 milli məhbus, qeyri-müəyyən şəraitdə saxlanılmalarına, Təhlükəsizlik Nazirliyinin əməkdaşları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirirlər.

Onlara dəstək məqsədilə Təbriz həbsxanasında saxlanılan Kərim İsmayılzadə və Salar Tahir Əfşar da aclıq aksiyasına əl atıblar.

Xəbər 13266 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +