Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


14.01.2021  15:16 

Müharibədə 4 nəzarətçi-müəllim şəhid olub





A+  A-

“Dövlət İmtahan Mərkəzi tərəfindən nümunəvi fəaliyyətinə görə 1178 nəzarətçi müəllimə təşəkkür elan edilib, o cümlədən 38 nəzarətçi-müəllim, 5 imtahan rəhbəri fəxri fərmanla təltif edilib”.
XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanda fərqlənmiş nəzarətçi və imtahan rəhbərlərilə keçirdiyi onlayn görüş zamanı bildirib.

M. Abbaszadə qeyd edib ki, bundan əlavə, müəllimlərə hədiyyə olaraq DİM nəşrlərindən ibarət kitablar göndərilib.

““Prezident İ.Əliyevin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq elan olunan səfərbərlik çərçivəsində DİM-də bu il imtahanların idarə olunmasına cəlb olunan 50 nəzarətçi-müəllim döyüş cəbhəsinə yollanıb. 4 nəfər nəzarətçi-müəllim – İmaməliyev Elvin Elsevər oğlu, Rəhimov Tural Arif oğlu, Hüseynli Etiram Həsən oğlu, Nəciyev Xalid Qabil oğlu Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb. Allah onlara rəhmət eləsin”, - M. Abbaszadə bildirib.

Məlumat üçün bildirək ki, 2020-ci ildə keçirilən imtahanlara nəzarətçi qismində cəlb edilməsi nəzərdə tutulan müəllimlərin sayı 15657 nəfər olub. Ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanlarına 11334, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarına isə 6700 nəzarətçi cəlb edilib. Yekun olaraq bu imtahanlarda 13043 nəzarətçi (bir nəzarətçinin bir neçə imtahana cəlb edildiyini nəzərə alsaq 28157 nəzarətçi) iştirak edib.

Xəbər 1855 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +