Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


06.09.2022  20:18 

Prezident sərgi ilə tanış olub





A+  A-

Prezident İlham Əliyev sentyabrın 6-da Bakı Expo Mərkəzində keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri ilə tanış olub.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Dövlət başçısı Bakı Ekspo Mərkəzinin daxili pavilyonlarındakı stendlərlə tanış olub.

Müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev və Türkiyənin Baş qərargah rəisi Yaşar Güler dövlət başçısına sərgi haqqında məlumat verib.

Bildirilib ki, builki sərgidə dünyanın 30-a yaxın ölkəsindən 200-dən artıq şirkət iştirak edir. Müasir silah və texnikanın nümayiş etdirildiyi bu genişmiqyaslı tədbir pandemiyanın yaratdığı məcburi fasilədən sonra yenidən keçirilir. Sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, o, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə təşkil olunur. Sərgidə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş olunur.

Xəbər 1836 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +