Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


13.02.2017  10:31 

Qulu Məhərərəmli-Arif Alışanov çəkişməsi haqda mühüm QƏRAR





A+  A-


Yasamal rayon Məhkəməsində AzTV sədri Arif Alışanovun jurnalist, media eksperti Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb.

Məlumata görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə işinə xitam verilib.

Bundan öncə şikayətin əsaslandığı fikirlərin yayımladığı məqalə üzrə linqvistik ekspertiza təyin olunmuşdu. İş ekspertizadan qayıdıb və məhkəmə prosesi qaydasında davam edib. Lakin xüsusi ittiham qaydasında şikayətçi olan Arif Alışanovun vəkili son bir neçə iclasa qatılmayıb. Bu səbədən qarşı tərəfin mövqeyi şikayətdən imtina kimi qiymətləndirilib və məhkəmə işinə xitam verilib.

Qeyd edək ki, Qulu Məhərrəmli bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalarda AzTv-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib. A.Alışanov səsləndirilən bu fikirlərin əsasında məhkəməyə şikayət edib.

Q.Məhhərmlinin vəkili Cavid Rzazadə açıqlamasında məlumatı təsdiqləyib.

(qafqazinfo.az)



Xəbər 2235 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +