Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA
Mövqelərimiz atəşə tutuldu
“Shacman”la “BYD“ avtomobili toqquşub
Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi


29.01.2018  23:57 

İlham Əliyev SOCAR-a qəti göstəriş verdi





A+  A-

“Azərbaycanda hazırda qazlaşdırmanın səviyyəsi 93 faizdir və bu ciddi nailiyyətdir. Çünki ölkənin relyefi nəzərə alınarsa qazlaşdırmanın bu səviyyəyə çatdırılması mürəkkəb işdir”.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə prezident İlham Əliyev regionların inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının yekunlarına dair keçirilən konfransda yekun çıxışı zamanı deyib. Prezidentin çıxışını AzTV yayıb.

İlham Əliyev bildirib ki, bu il ölkədə qazlaşdırmanın səviyyəsinin 95 faizə çatdırılması nəzərdə tutulur. Çünki hələ də təbii qazı olmayan kəndlər var. “Dövlət büdcəsindən bu məqsədlə SOCAR-a 100 milyon manat vəsait ayrılıb. SOCAR da öz növbəsində bu qazlaşdırma işlərini qısa müddət ərzində həyata keçirməlidir”, - prezident vurğulayıb.

“Ucqar dağ kəndlərinə qaz çəkilməsi barədə hansı addımlar atılmalıdır, daha sonra buna da baxılacaq”, - İlham Əliyev əlavə edib.

Prezident çıxışında onu da deyib ki, bu il ərzində ölkədə iri elektrik stansiyasının-400 meqavatt gücündə “Şimal-2” İstilik Elektrik Stansiyasının istifadəyə verilməsi gözlənilir. Ölkənin elektrik enerjisinə olan tələbatının ödənildiyi nəzərə alınarsa bu stansiyanın işə düşməsi qonşu ölkələrə elektrik enerjisinin ixracını genişləndirməyə imkan yaradacaq.

İlham Əliyev il ərzində regionlarda görüləcək işlər barədə danışarkən bildirib ki, içməli su və kanalizasiya layihələri davam etdiriləcək. İl ərzində Mingəçevir də daxil olmaqla üç şəhərdə bu layihələr başa çatdırılmalıdır, daha 20 şəhərdə isə içməli su, kanalizasiya layihələrinin icrası davam edəcək. Habelə çaylar boyu yerləşən kəndlərdə müasir sutəmizləyici qurğuların tikintisi həyata keçiriləcək, azı 300 subartezian quyusu qazılacaq.

Prezident il ərzində bölgələrdə müxtəlif təyinatlı 2300 km. uzunluğunda avtomobil yollarının çəkiləcəyini də deyib. İlham Əliyev çıxışında onu da bildirib ki, məcburi köçkünlər üçün yeni binaların tikintisi də davam edəcək, il ərzində 20 min köçkünün evlə təmin edilməsi nəzərdə tutulur.

Xəbər 1684 dəfə oxunub.




12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib


BÜTÜN XƏBƏRLƏR +