Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA
Mövqelərimiz atəşə tutuldu
“Shacman”la “BYD“ avtomobili toqquşub
Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi


13.03.2017  11:25 

Füzulidə kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirə keçirilib





A+  A-

Prezident cənab İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun bu sahələrin hesabına təmin olunması barədə verdiyi tapşırıqlara uyğun olaraq Füzuli rayonunda strateji məhsul olan taxılçılıq, pambıqçılıq və baramaçılığın inkişafına xüsusi diqqət yetirilir, məhsul bolluğu yaradılması istiqamətində ciddi işlər görülür.
Bu məqsədlə Füzuli rayon İcra Hakimiyyətində aidiyyəti xidmət təşkilatlarının, icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və kənd təsərrüfatı üzrə mütəxəssislərin iştirakı işə müşavirə keçirilib. Füzuli RİH-dən XəzərNews.az-a verilən məlumata görə, müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq rayonda taxılçılığın inkişafına xüsusi diqqət yetirilir. Belə ki, ölkə başçısının kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq artıq rayonda 4000 ha ərazidə hər biri 1000 ha olmaqla 4 iri fermer təsərrüfatı yaradılıb, 2700 ha sahədə Aqropark yaradılıb, 500 ha ərazidə isə iri toxumçuluq təsərrüfatının, əlavə 1200 ha sahədə isə kənd təsərrüfatı məhsulları istehsal edəcək iri fermer təsərrüfatının yaradılması istiqamətində iş aparılır.
Ümumiyyətlə 2016-2017-ci təsərrüfat ilində rayonda 36082 ha ərazidə taxıl əkini aparılıb ki, bunun da 24838 hektarı buğda, 11244 hektarı isə arpadır. Rayonda istehsal olunacaq ərzaq buğdasının Dövlət Taxıl fonduna tədarük olunması nəzərdə tutulur.
Alı Alıyev qeyd edib ki, bu il rayonda 2050 hektar sahədə pambıq əkilməsi üçün yerlər müəyyənləşdirilib, pambıq əkiləcək sahələrdə şum aparılıb. Pambıq əkiləcək 2050 ha sahənin 800 hektarı MKT ilə, 90 hektarı ÇTZ ilə 1160 hektarı isə Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlanılıb.
Bildirilib ki, 2017-ci ildə rayonda 30 tona yaxın barama istehsal olunması nəzərdə tutulub. Artıq rayonda 50 minə yaxın çəkil ağacı əkilib, ipəkqurdu saxlayacaq kümçülər müəyyənləşdirilib. Kümçülərlə yerlərdə görüşlər keçirilib onlara lazımı köməklik göstərilib.
Alı Alıyev müşavirədə aidiyyəti təşkilatlara pambıq əkini ilə bağlı şumun mart ayının sonuna kimi başa çatdırılmasını, pambıq əkininin nəzərdə tutulmuş vaxtda aparılması ilə bağlı tapşırıqlar verib. O, cümlədən ipəkqurdu saxlayacaq kümçülərlə yerlərdə bir daha görüşlər keçirilməsini, barama saxlanılacaq yerlərə baxış keçirilməsini tapşırıb.
Müşavirədə həmçinin rayon sakinlərinin həyətyanı və pay torpaqlarından səmərəli istifadə etməsi, əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatlarının özlərinin istehsal etdikləri ekoloji təmiz məhsullarla ödənilməsi ilə bağlı məsələlər də müzakirə olunub.
Müşavirədə bildirilib ki, rayonda taxılçılıq, pambıqçılıq, baramaçılığın inkişaf etdirilməsi, əhalinin həyətyanı və pay torpaqlarından səmərəli istifadə etməsi ilə əhalinin məşğulluğu təmin olunacaq, onların sosial rifah halları daha da yaxşılaşdırılacaq.

Xəbər 2731 dəfə oxunub.




12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib


BÜTÜN XƏBƏRLƏR +