Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


16.02.2017  10:51 

Mərkəzi Bankda səlahiyyət müddəti bitənlərin yerinə niyə təyinat yoxdur?





A+  A-


Mərkəzi Bankın səlahiyyət müddəti bitən üzvlərinin yerinə təyinat olmaması ekspertlərin qınağına səbəb olub.

XəzərNews.az xəbər verir ki, maliyyə üzrə ekspert Əkrəm Həsənov bununla bağlı deyib:

“2 gün əvvəl Mərkəzi Bankın 5 üzvündən üçünün səlahiyyət müddəti bitib. Məlum olduğu kimi, qanuna əsasən, Mərkəzi Bankın 7 üzvü olmalıdır: 5-i daimi əsaslarla işləyən və 2 kənar üzv (xarici təcrübədə adətən biri maliyyə nazirliyinin, digəri isə ictimaiyyətin nümayəndəsi olur). Lakin kənar üzv vəzifələri həmişə vakant olub. Çünki Elman Rüstəmov kənardan işinə nəzarət edilməsini istəmədiyindən həmin üzvlərin təyinatının reallaşmasına imkan verməyib. Buna görə də Mərkəzi Bankda həmişə 5 daimi əsaslarla işləyən üzv olub”.

Ə.Həsənov vəziyyətin kritik olduğunu izah etmək üçün Mərkəzi Bankın 25 yubileyi ərəfəsində heç bir əməkdaşının təltif edilmədiyini əsas gətirib:

“Qanuna görə İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Hazırda isə 7 üzvdən cəmi 2-si mövcuddur. Buna görə də Mərkəzi Bank heç bir strateji qərar qəbul etmək səlahiyyətinə malik deyil. Bir sözlə, iflic olub.

Onu da xatırladım ki, 5 gün əvvəl Mərkəzi Bankın yaradılmasının 25 illik yubileyi idi. Lakin 15 və 20 illik yubileylərdən fərqli olaraq, bu dəfə dövlət başçısı onun əməkdaşlarını təltif etmədi. Necə deyərlər, şərhə ehtiyac yoxdur: Mərkəzi Bankın fəaliyyətinə qiyməti Cənab Prezident verdi!”



Xəbər 2141 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +