Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


01.02.2017  10:52 

Benzin yenidən BAHALAŞDI - QİYMƏTLƏR





A+  A-


Ötən gecədən Azərbaycanda bəzi benzin markalarının qiyməti yenidən bahalaşıb.

XəzərNews.az xəbər verir ki, bahalaşma “Aİ-95 Premium" və “Aİ-98 Super" markalı benzin növləri ilə bağlıdır.

SOCAR-dakı mənbələr qeyri-rəsmi olaraq bunu həmin markadan olan benzinin ölkəyə xaricdən idxal olunması və dolların bahalaşmasıyla əlaqələndiriblər.

Azərbaycanda istehsal olunan "Aİ-92" markalı benzinin və dizel (L-62) yanacağının qiymətinin isə hələ ki dəyişməyəcəyi bildirilib. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir."Aİ-92" 0,70 AZN, L-62 isə 0,60 AZN-ə satılır.

Xatırladaq ki, bu il yanvarın 13-də ölkəyə xaricdən idxal edilən "Aİ-95 Premium" markalı benzinin qiymətində artım baş vermişdi. 

Bu gün "Aİ-95 Premium" markalı benzinin qiyməti 1,15 AZN,  “Aİ-98 Super"inki isə 1.20 AZN-dir. Hər iki markadan olan benzin 10 qəpik bahalaşıb.



Xəbər 2794 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +