“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


03.02.2017  17:46 

“Maaş verə bilmiriksə, ot örtüyünü necə dəyişək?” - AZAL-ın baş məşqçisi





A+  A-

 

Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının XVI turunda “Qarabağ” səfərdə AZAL-ı 2:1 hesabı ilə məğlub edib.

XəzərNews.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Çalışdıq ki, qol buraxmayaq. Qarşıda bizim 12 oyunumuz var. Ağır oyunlar gözləyir. Yeni oyunçulara gəlincə, Madonun artıq çəkisi var. Yəqin ki, “Qəbələ” ilə oyunda meydanda olacaq. Digər oyunçular mənim çox xoşuma gəldi.

- Qırmızı vərəqə epizodu haqda nə deyə bilərsiniz?

- Bu barədə heç bir şərh vermək istəmirəm. Məncə, bu sualı qarşı tərəfə versəniz daha yaxşı olar. Hakimlikdə səhvlər onsuz da var. Biz danışsaq da, danışmasaq da, onsuz da var. Əgər qırmızı vərəqə verilibsə, deməli, var.

- Ot örtüyü bir çox futbolçunu uzun müddət futboldan edib. Bu dəfə də Dani Kintana...

- Məni ot örtüyü düşündürmür. Biz futbolçuların maaşını verə bilmiriksə, ot örtüyünü necə dəyişək?



Xəbər 1780 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +