Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi


21.05.2021  11:09 

Yaponiya bu peyvəndlərdən istifadəni rəsmən təsdiqlədi





A+  A-

Yaponiya hökuməti bu gün “Moderna” və “AstraZeneca” peyvəndlərindən istifadəni rəsmi olaraq təsdiqləyib.
XəzərNews.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Moderna” peyvəndinin Tokio və Osaka şəhərindəki Özünümüdafiə Qüvvələri tərəfindən idarə olunan kütləvi peyvənd mərkəzlərində və bəzi prefekturalar və bələdiyyələr tərəfindən yaradılan oxşar obyektlərdə tətbiq edilməsi planlaşdırılır.

Bundan əlavə Səhiyyə Nazirliyi qan laxtalanması ilə bağlı narahatlıqlar fonunda “AstraZeneca”nı ölkənin peyvənd qanununun əhatə etdiyi vaksinlər siyahısına əlavə etməyi planlaşdırmır. Qanun hökumətin təsdiqlənmiş preparatlarla vaksinasiyanı tam maliyyələşdirəcəyini və peyvənd nəticəsində yaranan sağlamlıq problemlərinin müalicəsini ödəyəcəyini nəzərdə tutur.

Qeyd edək ki, indiyə qədər ölkədə vaksinasiya “Pfizer” peyvəndi ilə aparılırdı. Peyvəndlənmə nisbəti baxımından Yaponiya bir çox ölkədən geri qalır.

Vaksinasiya proqramının başladıldığı fevral ayından etibarən, ölkə əhalisinin təxminən 4 faizi birinci doza peyvənd qəbul edib.

Baş nazir Yoşihide Suqa peyvəndlənmə sayını gündəlik 1 milyona çatdıracağına və yaşlılar üçün vaksinasiya prosesinin iyul ayının sonuna qədər tamamlanacağına söz verib.

Xəbər 2144 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +