Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan


14.05.2019  10:21 

Epson yeni ağıllı eynək modelini təqdim etdi





A+  A-

Texnologiya bazarının günü-gündən inkişaf elədiyi bir vaxtda "Epson" şirkəti yeni "ağıllı" göz eynəyini təqdim etdi.
XəzərNews.az chip.az-a istinadən bildirir ki, 2013-cü ildə "Google Glass" gələcək illərdə görə biləcəyimiz və həyatımızı daha da asanlaşdıracaq smart gözlüklər təqdim etmişdi. Lakin qiymətin yüksək olması səbəbindən bir o qədər də müştəri tapa bilmədi. Buna baxmayaraq "Epson" şirkəti öz ağıllı eynəklərini təqdim edərək mövcud sektorda şansını sınamaq qərarına gəldi.

"Moverio BT-30C" adlanan ağıllı gözlük sahib olduğu incə çərçivəsiylə ilk baxışdan fərqli bir məhsul olduğunu sübut etdi. Belə ki, digər ağıllı eynəklərdən fərqli olaraq Android cihazlarda və ya Windows əməliyyat sisteminə malik bir kompüterlərdə USB-C vasitəsi ilə əlaqə yaradıla bilən və məlumatların axınını həyata keçirəcək "Moverio BT-30C " tax və çalıştır"( Naqil taxıldığı andan gözlük istifadəyə hazır olur) əmri ilə istifadə edilir.

Bundan başqa "Epson" ağıllı gözlüyünün ekran və şüşələri daha kəskin və parlaq bir görünüş təmin edəcək OLED texnologiyası ilə hazırlanır. "Moverio BT-30C"nun 499 dollara satılacağı bildirilir.

Xəbər 1639 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +