Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – TENDER
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub


29.02.2024  06:05 

“Qara Dəniz Taxıl Təşəbbüsünün müddəti uzadıla bilər” -BMT





A+  A-

"Qara Dəniz Taxıl Təşəbbüsünün müddətinin uzadılması ilə bağlı əlimizdən gələni etməyə davam edirik".

Xəzərnews.az "Report"a istinadla xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib.

Sözçü bildirib ki, BMT Qara dənizdən çıxan məhsulların dünya bazarlarına çıxışını, eləcə də, bu dənizdə naviqasiya azadlığını təmin etmək üçün tərəflərlə müzakirələri davam etdirir: "Biz Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən canlanması və tərəflərlə razılaşmanın əldə olunması mövzusunda fəaliyyətlərimizi davam etdiririk. Ümid edirik ki, yaxın gələcəkdə müsbət nəticələr əldə olunacaq".

Xatırladaq ki, Qara Dəniz Taxıl Təşəbbüsü ötən il Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin vasitəçiliyi ilə Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya müharibəsindən sonra Ukrayna limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmaq üçün əldə olunan sövdələşmədir. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Ukrayna və Rusiya dünyanın aparıcı taxıl ixracatçılarıdır. Daha öncə bir neçə dəfə uzadılan müqavilənin müddəti ötən iyul 17-də başa çatıb və Rusiya müqavilə müddətini uzatmaqdan imtina edib.


Xəbər 880 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +