Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


13.05.2023  19:22 

Yevlaxda əməliyyat: 5 nəfər saxlanıldı





A+  A-

Yevlax Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının son günlərdə keçirdiyi əməliyyatlar zamanı saxlanılan 6 nəfərdən ümumilikdə 2 kiloqrama yaxın narkotik vasitələr götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan XəzərNews.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşamış, rayon sakini Ağadur Rəhimov saxlanılıb.

Onun üzərində aparılan baxış zamanı çəkisi 1 kiloqram 520 qram olan heroin aşkar edilərək götürülüb. Bundan başqa rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılmış silsilə tədbirlər nəticəsində daha 5 nəfər də saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Həmin şəxslərdən heroin, güclü təsiredici xassəyə malik həblər və marixuana kimi narkotik vasitələr aşkar edilərək götürülüb. Saxlanılanlardan 4 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbər 1000 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +