Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


13.01.2022  11:47 

Jurnalist cərimələndi - Azərbaycanda





A+  A-

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmalar nəticəsində media nümayəndəsi (baş redaktor) İbişbəyli Fikrət Fəraməz oğlunun Şuşa şəhərinin Xankəndidən atəşə tutulması barədə həqiqətə uyğun olmayan məlumatı özünə məxsus “jamaz.info” xəbər saytında yerləşdirməsinə görə 12.01.2022-ci il tarixdə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla, toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

XəzərNews.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Fikrət İbişbəyli barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilib.

"Azərbaycan Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərini bir daha öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə riayət etməyə dəvət etməklə bildirir ki, dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş informasiyaların qərəzli surətdə yayılmasına görə bundan sonra da tərəfimizdən qəti tədbirlər görüləcək", - Mətbuat Xidmətindən bildirilib.

Xəbər 1504 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +