Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


08.06.2021  21:37 

Paşinyan oğlunu Azərbaycandakı erməni diversantlara dəyişməyi təklif etdi





A+  A-

Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan eks-prezident Serj Sarkisyanın “Oğlun Aşotu Azərbaycanda saxlanılan 20-25 erməni əsgərinə dəyiş” təklifinə cavab verib.
XəzərNews.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Paşinyan bu təkliflə razı olduğunu deyərək Sarkisyanla Robert Koçaryanı “sutenyor və insan alverçiləri” adlandırıb:

“Sənə, uzun illərin rəsmi sutenyoruna və insan alveri üzrə mütəxəssisə deyirəm ki, mən buna razıyam. Və rəsmi olaraq Əliyevə deyirəm - bütün əsirlərin əvəzinə oğlumu təklif edirəm. Rəsmi olaraq deyirəm. Serjik və Robik, insanların alqı-satqısı üzrə mütəxəssislər olaraq sizə bu məsələ ilə bağlı danışıqlar aparmaq səlahiyyəti verirəm. Əgər bu işdən bir neçə min dollar qazansanız lap yerinə düşəcək”.

Koçaryanın tənqidlərinə və onu duelə çağırmasına cavab olaraq isə Paşinyan bildirib ki, birdən bu təklifə razı olar, silahı götürər və darağı onun alnına boşaldar.

“Bundan sonra bunun da zorakılıq olduğunu söyləyəcəksiniz, qatillər?”, - deyə Paşinyan qeyd edib.

Xəbər 2358 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +