Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


15.03.2021  14:10 

Azərbaycanın “Eurovision” mahnısı təqdim olundu - Video





A+  A-

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2021” Beynəlxalq Mahnı Müsabiqəsində ölkə təmsilçisi olan Efendinin (Samirə Əfəndiyeva) mahnısını və klipini təqdim edib. İfaçı “Mata Hari” mahnısı ilə Rotterdamda səhnəyə çıxacaq.
XəzərNews.az xəbər verir ki, təqdim olunan mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birs (keçən il “Cleopatra” mahnısının müəlliflərindən biri idi) və Toni Kornelissendir (2020-ci ildə “Cleopatra” mahnısının prodüseri idi).

Müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikov mahnıdan danışarkən bunları qeyd edib: ““Mata Hari” mahnısı böyük ruh gücünə malik, risk etməkdən qorxmayan və əlbəttə ki, zamanı qabaqlayan güclü və müstəqil qadının həyat hekayəsindən ilhamlanıb. Buna görə günümüzdə hələ də onun hekayəsini danışırıq”.

Mahnıda ənənəvi Azərbaycan alətləri – zurna və nağaranın, eləcə də Azərbaycan xalq rəqsi- yallının melodiyaları əsasında ərsəyə gəlmiş etnik motivlərdən istifadə edilib.

Bundan başqa, Azərbaycanın müsabiqədə iştirakı tarixində ilk dəfə olaraq mahnıda Azərbaycan dilində sətir var - “Yalan da mən, yanan da mən, yaman da mən”.

“Xanımlara güclü qadınlar haqqında danışıb, onlara xatırlatmaq mütləqdir ki, bizim hələ də mövhumatlarla dolu dünyada yaşamağımıza baxmayaraq, qadın hər şeyi bacarır və qadın gücü heç nə ilə müqayisə edilə bilməz. Əgər indi ilham axtarışındasınızsa, qoy tarixin güclü qadınları haqqında hekayələr o enerjinin mənbəyinə çevrilsin və sizə hər şeyin öhdəsindən gələ və daha böyük uğurlara nail ola biləcəyinizi xatırlatsın”, - deyə Efendi bildirib.

Mahnının klipi daha əvvəllər Zivert, Loboda, Maks Barskix və s. kimi məşhurlarla iş birliyi olan, quruluşçu rejissor və operator İlya Mixaylus tərəfindən Kiyevdə çəkilib.



Xəbər 4184 dəfə oxunub.




13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +