Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


01.02.2021  15:04 

Trampın kürəkəni də Nobelə namizəddir





A+  A-

ABŞ-ın keçmiş Prezidenti Donald Trampın kürəkəni Cerad Kuşner və müavini Avi Berkoviç Nobel Sülh Mükafatına namizəd olublar.
XəzərNews.az xəbər verir ki, onların İsrail, BƏƏ, Mərakeş, Sudan, Bəhreyn arasında normallaşma müqavilələrində (İsraillə ərəb ölkələrinin sözügedən anlaşmasına 3 səmavi dində adı hallanan İbrahim Peyğəmbərə ithafən “İbrahim anlaşmaları” da deyilir) əsas rol oynadıqları qeyd olunub.

Kuşner mövzu ilə əlaqədar açıqlamasında oktyabr ayında veriləcək mükafata namizəd göstərilməsindən qürur duyduğunu bildirib.

Qeyd edək ki, Vikiliksin qurucusu Culian Assanj, Donald Tramp, Sərhədsiz Reportyorlar (RSF) və Belarusun müxalifət lideri Svetlana Tixanovskayanın rəhbərlik etdiyi müxalifət qrupu “Nobel”ə namizəd göstərilib.

2018-ci ildə ABŞ-dan olan 18 Respublikaçı konqresmen tərəfindən Trampın Nobel Sülh Mükafatına namizəd göstərilməsi üçün Nobel Komitəsinə bir məktub göndərilib. Məktubda Nobel Sülh Mükafatını “Trampın Koreya müharibəsini bitirmək, Koreya yarımadasının nüvəsizləşdirilməsi və bölgəyə sülh gətirməsindəki işlərinə görə” almalı olduğu bildirilmişdi.



Xəbər 1955 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +