Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


28.01.2020  16:28 

“Küçəyə çıxmaq qadağandır” - Çindəki səfirimiz tələbələrdən danışdı





A+  A-

“Hazırda Çin hökumətiylə danışıqlar prosesini davam etdiririk. Ümid edirəm ki, yaxın zamanlarda müsbət nəticə əldə edəcəyik”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı AzTV- nin “Hədəf” verişilinin efirində deyib. Səfir bildirib ki, Çin hökumətiylə Azərbaycan səfirliyi arasında danışıqlar aparılır: “Bir çox ölkələrin vətəndaşları hazırda həmin təcrid olunmuş şəhərdədirlər. Çin hökuməti karantin bölgəsindən, ümumiyyətlə, vətəndaşların çıxarılmasını ilkin mərhələdə təhlükəli hesab edir.

Azərbaycan hökuməti vətəndaşlarının çıxarılmasına çox ciddi yanaşır. Ümid edirəm ki, yaxın zamanlarda biz müsbət nəticə əldə edəcəyik”.

Ə. Zeynallı bildirib ki, Çin Səhiyyə Komitəsinin bu günə olan son məlumatına görə, ölkədə 4599 nəfər artıq virusa yoluxub: “Onlardan da 106-sı dünyasını dəyişib. Virusa yoluxma şübhəsiylə 6973 nəfər karantindədir. Onlarla təmasda olan 50 mindən artıq insan isə ümumilikdə nəzarətə götürülüb. Bu faktlar onu deməyə əsas verir ki, koronavirus çox sürətlə yayılır.

Buna baxmayaraq Çin hökuməti tərəfindən çox ciddi preventiv addımlar atılır ki, yayılmanın qarşısı alınsın. Bizim əsasən narahatlığımıza səbəb olan epidemiyanın yayıldığı Uhan şəhərində olan tələbələrimizdir. Hazırda orada 7 vətəndaşımız var. Onlardan 4-ü tələbədir. Səfirlik olaraq 23 yanvar tarixindən etibarən vətəndaşlarımızla gündəlik əlaqə yaradırıq. Onların qarşılaşdıqları problemləri həll etməyə çalışırıq. Uhanda olan vətəndaşlarımızın vəziyyəti Çinin digər bölgələrində olan vətəndaşların vəziyyətiylə müqayisədə daha ağırdır. Çünki onlar öz mənzillərində, təhsil aldıqları universitetlərin yataqxanalarında tamamilə təcrid olunmuş vəziyyətdədirlər.

Uhan şəhərində, ümumiyyətlə, küçəyə çıxmaq qadağandır. Yataqxanada qalan tələbələrimiz universitetlər tərəfindən yeməkxanalarda yeməklə təmin olunurlar. Yataqxanalarda olmayanlara isə şəhər bələdiyyəsi tərəfindən yeməklərin çatdırılması təmin olunur. Evdə yaşayan tələbələrimiz isə uzunmüddətli azuqə toplayıblar. Çətinlik olduğu təqdirdə biz Xarici İşlər Nazirliyinin həmin şəhərdəki və əyalətdəki şöbələri vasitəsiylə vətəndaşlarımıza yardımı həyata keçiririk”.

Xəbər 1658 dəfə oxunub.




13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +