Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


24.04.2017  18:11 

Qrip virusu məqsədli şəkildə yayılır?





A+  A-

İlin müəyyən vaxtlarında dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda qrip virusu geniş şəkildə yayılmağa başlayır və bir müddət davam edir.
Qrip bir çox hallarda ağır keçdiyindən insanlar həkimə müraciət etməyə, müxtəlif dərman vasitələrindən istifadə etməyə məcbur olurlar.

Cəmiyyətdə belə bir fikir də formalaşıb ki, qrip virusu dərman istehsal edən iri beynəlxalq şirkətlər tərəfindən dərman vasitələrinin satılması üçün məqsədli şəkildə yayılır.

XəzərNews.az xəbər verir ki, məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə deyib ki, bu iddiaların heç bir əsası yoxdur: "Bu, heç bir halda məntiqə sığan iddia deyil. Dərman şirkəti qripi necə yaya bilər?! Və yaxud da belə bir hərəkətin ağır cinayətə bərabər olduğunu hər kəs bilir. Bu baxımdan bu heç bir əsası olmayan iddiadır".

M.Quliyev bildirib ki, qrip virusu, o cümlədən digər hava damcı infeksiyaları fəsil dəyişən zaman aktivləşir: "Ötən ilin sonu və bu ilin əvvəlində dünyada qrip epidemiyası yayıldı. Azərbaycanda da bu virus xeyli yayıldı, ancaq geniş epidemiya xarakteri almadı".

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev da qripin qəsdən yayılması ilə bağlı iddiaların əsassız olduğunu bildirib. O qeyd edib ki, qrip xəstəliyi mövsümi xarakter daşıyır. İ.Ağayevin sözlərinə görə, ekvatorun ətrafında yerləşən ölkələrdə qrip yayda da yayılır: "Qrip törədici virusdur və o da müəyyən vaxtlarda aktivləşir. Qrip virusunun qəsdən yayılması mümkünsüzdür. Sadəcə insanlar özlərini qripdən qorumalıdırlar. Əgər kimsə qrip tutursa, onunla bir otaqda oturan, özünü qorumayan insan da təbii ki, qripə yoluxacaq. Bu qəsdən yoluxma deyil ki".

Xəbər 1680 dəfə oxunub.



13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +