Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi
Jurnalist İsmayıl Saymaz saxlanılıb
Cinayət təşkilatının lideri Əkrəm İmamoğlu! - Rəsmi


09.12.2018  17:04 

"Azərbaycan dili" məktəbinin bu günki dərsi Heydər Əliyevə həsr olundu - UKRAYNADA





A+  A-

Ukraynanın Dnepr şəhərində Dnepr Azərbaycanlıları İcmasının təşəbbüsü ilə yaradılan "Azərbaycan dili" məktəbinin bu gün keçirilən dərsi Ümummilli Lider Heydər Əliyevə həsr olunub.
XəzərNews.az xəbər verir ki, dərs zamanı şagirdlərə Heydər Əliyevin həyat yolu, gördüyü işlər və Ukrayna-Azərbaycan əlaqələrinə verdiyi töhfələrdən danışılıb, Ukraynada Azərbaycan diasporunun inkişafı sahəsindəki rolundan söz açıblar. Qeyd olunub ki, Heydər Əliyev hələ Sovet dövründə Azərbaycanla yanaşı, digər ittifaq respublikalarının sosial-mədəni inkişafında müstəsna xidmətlər göstərib.

Qeyd edək ki, 1999-cu ildən fasilələrlə öz işini davam etdirən Dnepr Azərbaycanlıları İcmasının "Azərbaycan dili" məktəbi kiçik soydaşlarımızın azərbaycançılıq ideyası ruhunda böyüməsi, bu ideologiya ətrafında sıx birləsməsi istiqamətində böyük işlər görür.

"Azərbaycan dili" məktəbi fəaliyyətə başladığı ilk gündən balaca azərbaycanlıların böyük ideyalar uğrunda tərbiyə olunmalarına çalışır. Məktəbin direktoru Könül Əhmədova və müəllimə Yaqud Bəşirova şagirdlərə Azərbaycan dili, mədəniyyəti, turizm potensialı, ölkəmizin beynəlxalq aləmdə nüfuzu haqqında maraqlı məlumatlar verirlər.

Xatırladaq ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) ilə birgə fəaliyyət göstərən Dnepr Azərbaycanlıları İcması ən aktiv regional diaspor təşkilatıdır. UABD regional təşkilatların "Azərbaycan dili" məktəblərini özlərinin hazırladıqları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çap edilən dərs vəsaitləri ilə təmin edir.

İcmanın sədri Sərxoş İsmayılovdur.


Xəbər 1514 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +