“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


11.03.2017  21:26 

Cüdoçularımız 3 medal qazandılar





A+  A-

Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin martın 11-də keçirilən ikinci günündə Azərbaycan idmançıları üç medal qazanıblar.
XəzərNews.az xəbər verir ki, turnirdə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Rüfət İsmayılov özbəkistanlı Sunnatulla Azimova, Moldova təmsilçisi Dorin Gotonoagaya və bolqarıstanlı İvaylo İvanova qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə yaponiyalı Kenya Koharanı məğlub edən Rüfət İsmayılov finalda İran cüdoçusu Seyid Mollaeyə qalib gələrək “Böyük dəbilqə” beynəlxalq turnirinin qızıl medalına sahib olub.

Olimpiya mükafatçımız Rüstəm Orucov (73 kq) ilk görüşündə gürcüstanlı Omari Niazaşviliyə qalib gələrək dörddəbir finala yüksəlib. Növbəti mərhələdə yaponiyalı Riki Nakayyaya uduzan cüdoçumuz təsəlliverici görüşlərə qatılıb. Əvvəlcə Ukrayna təmsilçisi Dmitro Kanivetsaya, daha sonra isə gürcüstanlı Laşi Şavdatuaşviliyə qalib gələn Rüstəm Orucov bürünc medalla kifayətlənib.

Qadın cüdoçular arasında 63 kiloqram çəki dərəcəsində Azərbaycan dueli olub. Dörddəbir finalda Xanım Hüseynova Nuriyyə Axundovanı məğlub edərək yarımfinala yüksəlib. Sonra cüdoçumuz Böyük Britaniya təmsilçisi Alise Şlesingerə məğlub olub. Nərgiz Hacıyeva və Gülsədəf Kərimova ilk görüşdə Türkiyə və Sloveniyadan olan rəqiblərinə məğlub olublar. Buna baxmayaraq, cüdoçularımız bürünc medal şanslarını davam etdiriblər. Nərgiz Hacıyevaya təsəlliverici döyüşdə qalib gələn Gülsədəf Kərimova bürünc medal uğrunda komanda yoldaşı Xanım Hüseynova ilə qarşılaşıb. Görüş Xanım Hüseynovanın qələbəsi ilə yekunlaşıb.

Xəbər 3008 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +