“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


21.05.2018  18:45 

Bakıda kafedə partlayış - 2 nəfər yanaraq öldü + VİDEO





A+  A-

Bu gün Bakı şəhərinin Binəqədi rayonunda partlayış hadisəsi baş verib.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, "Elite" ticarət mərkəzinin yaxınlığında qaz sızmasından partlayış olub. İlkin məlumata görə, 1 nəfər hadisə yerində vəfat edib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər göndərilib.

***

"Elite" ticarət mərkəzi ilə üzbəüz ərazidə yerləşən kiçik obyektdə qaz sızmasından baş verən partlayış səbəbindən 2 nəfər hadisə yerində yanaraq ölüb. Vizual olaraq onların kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və təcili tibbi yardım briqadaları gəlib.

***
"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşlarının məlumatına görə, partlayış Əhməd Rəcəbli 304 ünvanında yerləşən kafedə olub. Ölənlərdən biri kafe sahibinin qardaşı yoldaşıdır.

***

FHN partlayışla bağlı məlumat yayıb. Bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Vəfat edən qadının oğlu hadisə yerinə gəlib. O, hüquq-mühafizə orqanlarından qapını açmağı tələb edib. Amma ona bildirilib ki, anasının meyiti müayinə olunmaq üçün hadisə yerindən aparılıb.


Xəbər 1665 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +