Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


31.03.2017  14:51 

Təhsil Nazirliyi məlumat yaydı





A+  A-

Şagird sayı təmayül və yaxud adi siniflərin yaradılması üçün yetərli olan bütün məktəblərdə həmin siniflər təşkil ediləcək.
XəzərNews.az-ın Təhsil Nazirliyinə istinadən məlumatına görə, hazırda respublikanın 5 şəhər və 36 rayonunu əhatə edən 182 məktəbdə təmayül sinifləri fəaliyyət göstərir. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris plan və proqramları hazırlanıb təsdiq edilib. Təmayül istiqamətləri üzrə tədris planlarında həftəlik 30 dərs saatı müəyyən olunub.

2017-2018-ci dərs ilində ümumtəhsil məktəblərində təmayülləşmənin tətbiqi əvvəlki illərlə müqayisədə genişləndiriləcək, təmayül siniflərində şagirdlərin sayı minimum 20 nəfər olmaqla komplektləşdiriləcək.

Təmayülləşmənin tətbiqi ilə bağlı rayon və şəhərlər üzrə hər bir məktəbin imkanları, yol infrastrukturu, maddi-tədris bazası və kadr potensialı nəzərdən keçirilib şagirdlərin meyl və maraqlarına əsasən təmayül sinifləri təşkil olunacaq. Həmçinin könüllülük əsasında ümumtəhsil məktəblərinin adi siniflərində, yaxud ilk peşə və orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirmək istəyən şagirdlər haqqında məlumatlar toplanaraq valideynlər arasında müvafiq izahat işləri aparılır.

Şagird sayı təmayül və yaxud adi siniflərin yaradılması üçün yetərli olan bütün məktəblərdə həmin siniflər təşkil ediləcək. Hər hansı bir məktəbdə şagirdlərin sayı və seçimi təmayül sinfi təşkil etməyə imkan vermədiyi halda, bu və ya digər təmayül istiqamətini seçmiş şagirdlər yaxın ərazidəki həmin təmayül sinfi təşkil edilmiş məktəbdə təhsilini davam etdirə biləcək. Təmayül istiqamətini seçməmiş şagirdlər üçün isə məktəblərdə mövcud uşaq sayı ilə adi siniflər açılacaq.

İlk peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin qəbul ola bilməyən IX sinif məzunları arzu etdikləri halda, təlim göstəricilərinə əsasən, müvafiq təmayül və ya adi siniflərə qəbul olunacaqlar. Təmayül siniflərində və adi siniflərdə müəllimlər tədris planlarında nəzərdə tutulan saatlar üzrə öz ixtisaslarına uyğun dərs yükü ilə təmin ediləcəklər.

Tam orta təhsil səviy­yəsində təmayülləşmənin tətbiqində əsas məqsəd ümumi orta təhsil səviyyəsində təhsil nailiyyəti ilə fərqlənən, bu və ya digər fənn qrupu üzrə təhsillənməyə xüsusi meyil və maraq göstərən, ali məktəbdə təhsillərini davam etdirmək potensialına malik şagirdlərin müəyyən edilməsi və onlara səmərəli təhsil şəraitinin yaradılmasındır.

Xəbər 1327 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +