Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


08.10.2021  18:37 

Lotu Qulinin daha bir adamı həbs olundu - Fotolar





A+  A-

Cinayətkar aləmdə Lotu Quli kimi tanınan mərhum Nadir Səlifovun yaxın adamı Elçin Səfərovun həbs olunduğu məlumatı yayılıb.

XəzərNews-a daxil olan məlumata görə, E.Səfərov Daxili İşlər Nazirliyi yanında Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən həbs olunub.

Həbsin təfərrüatları barədə məlumat veriliməsə də E.Səfərovun narkotika qaçaqmalçılığında ittiham olunduğu iddia edilir.

Baş Narkotiklərlə Mübarizə İdarəsi Növbətçi Hissəsindən XəzərNews-a “bu barədə məlumat vermək” hüququna malik olmadıqlarını bildiriblər.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü E.Səfərovun aylar əvvəl Türkiyədə öz mühafizəçisi tərəfindən qətlə yetirilən Lotu Qulinin adamı kimi tanınır.

Hətta sosial şəbəkələrdə və digər internet resurslarında onların yaxın olduğunu təsdiq edən birgə fotoları da var.



E.Səfərovun kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınan qardaşı Emin Səfərov da elə məhz sağlığında Lotu Quli tərəfindən “Bakı şəhərinin vəziyyətinə baxan” təyin edilmişdi.

Xatırladaq ki, kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınan Emin Səfərov 2019-cu il, mayın 9-da Binəqədi rayonu ərazisində Həsən Tağıyev tərəfindən şəxsi münaqişə zəmnində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

H.Tağıyev bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə 18 il müddətinə azadlıqdan məhrum edilib.






Xəbər 2594 dəfə oxunub.



15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +