Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


27.03.2024  11:17 

Üçüncü dünya müharibəsi riski yaxınlaşır





A+  A-

Üçüncü dünya müharibəsi riski yaxınlaşır.

Xəzərnews.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyyarto TASS-a müsahibəsində deyib.

Nazir tərəfdaşlara bu riski artıra biləcək hərəkət və bəyanatlardan çəkinməyə çağırıb: “NATO-ya üzv olan ölkələrin Ukraynaya qoşun göndərməsi təhlükəlidir.

Bu kritik vəziyyətdə təkcə hərəkətlər deyil, sözlər də böyük əhəmiyyət daşıyır”.

Nazirin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında danışıqların ən yaxın gələcəkdə başlamasına ehtiyac var: “Danışıqlar nə qədər tez başlasa, atəşkəs bir o qədər tez bərqərar olar, bir o qədər az insan həlak olar və dağıntılar bir o qədər az olar. Biz hesab edirik ki, Rusiya bu müharibədə məğlub ola bilməz.

Ancaq eyni zamanda Qərbin silah tədarükü davam etdikcə Rusiya da ciddi uğur qazana bilməyəcək”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələ ki Ukraynaya yardımı dayandırıb.

Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb. V.Zelenski daha əvvəl qeyd edib ki, atəşkəs həm Ukrayna, həm də Şərqi Avropa üçün ciddi təhlükə yaradacaq.

NATO hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer bundan əvvəl Rusiya ilə müharibəyə hazır olduqlarını söyləyib. Kreml sözçüsü Dmitri Peskov daha əvvəl Rusiyanın de-fakto müharibə şəraitində olduğunu bildirib.

Xəbər 2393 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +