Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


26.03.2025  11:08 

Papanı ölümə buraxmaq istəyiblər, amma...





A+  A-

Papa Fransisk ikitərəfli pnevmoniyadan müalicə alarkən ölümə o qədər yaxın idi ki, həkimlər müalicəni dayandırmağı və onun dinc şəkildə ölməsinə icazə verməyi düşünürdülər.

XəzərNews.az xəbər verir ki, bunu martın 25-də İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində papanın həkimlər qrupunun rəhbəri Serxio Alfieri deyib.

Alfierinin sözlərinə görə, Papa Fransiskin sağ qalmaması ilə bağlı əsl risk fevralın 28-də tənəffüs böhranı keçirdikdən sonra ortaya çıxdı.

Reuters yazır ki, pontifik az qala öz qusmasından boğulacaqdı.

“Beləliklə, komanda seçim etməli idi: müalicəni dayandırmaq və pontifi buraxmaq və ya bütün mümkün dərman və üsullardan istifadə edərək həyatı üçün mübarizəni davam etdirmək. Bu, xəstəni digər orqanların zədələnməsi riski ilə üz-üzə qoyur, lakin onlar terapiyanı davam etdirmək qərarına gəliblər.

Son qərarı Papanın sağlamlıq üzrə şəxsi köməkçisi Massimiliano Strappetti verib və Papa Fransisk bu sahədə bütün qərarları ona həvalə edib.

Bir neçə gün ərzində papanın böyrəkləri və sümük iliyi zədələnmə riski olsa da, müalicə davam etdirilib, orqanizm buna reaksiya verib və ağciyər infeksiyası geriləyib”,-deyə Serxio Alfieri qeyd edib.



Xəbər 2048 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +