Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


25.08.2017  12:18 

Azərbaycan İsraildən düşməni qorxuya salacaq yeni silah alır





A+  A-

İsrail Müdafiə Nazirliyi bəyan edib ki, ölkənin Hərbi Hava Qüvvələrinin balansına “Elbit Systems” şirkəti tərəfindən hazırlanan müasirləşdirilmiş “Hermes 900” taktiki pilotsuz uçuş aparatı daxil olub.
Bu haqda İsrail mediası bildirib.

İsrail KİV-ləri yazıb ki, modernləşdirilmiş “Hermes 900”-ün ilk alıcılarından biri də Azərbaycan olacaq.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin balansında 2006-cı ildən “Hermes 450” pilotsuz uçuş aparatları var. 2016-cı ildə isə Azərbaycanın 15 “Hermes 900”ü olub. Bu haqda Stokholm Sülh Problemləri Tədqiqatı İnstitutunun 2016-cı il üzrə hesabatında deyilirdi.

İsrail mətbuatı yazıb ki, İsrail ordusunda müasirləşdirilmiş “Hermes 900” 2014-cü ildən qərar tutmağa başlayıb.

Məlumata görə, “Hermes 900” ilk dəfə 2014-cü ilin 15 iyulunda döyüş şəraitində sınaqdan keçirilib.

Modernləşdirilmiş “Hermes 900”lə işləyən İsrail zabitləri bildiriblər ki, öz sələfi ilə müqayisədə bu pilotsuz uçuş aparatını “kvant sıçrayışı” kimi xarakterizə etmək olar.

Onun döyüş imkanlarını nəzərə alaraq, demək mümkündür ki, geniş döyüş imkanları spektri var və yüksək ötürücülük qabiliyyətnə malikdir. Həmçinin başqa parametrlərə görə sələfindən fərqlənir.

Müasirləşdirilmiş “Hermes 900” peyk əlaqəsi sistemi ilə də təchiz edilir. İdarəetmə yerüstü məntəqədən peyk vasitəsi ilə operator tərəfindən həyata keçirilir.

“Hermes 900” yüksək uçuş məsafəsinə malikdir və güclü kəşfiyyat apara bilir. Aparat 9 min metr yüksəklikdə uçmağa qadirdir və 350 kiloqrama qədər yük daşıya bilir.

(modern.az)

Xəbər 1267 dəfə oxunub.



31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +