“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


05.04.2023  10:49 

Direktoru eşitməyən baş həkim işdən çıxarıldı





A+  A-

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub.

XəzərNews.az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.

Bildirilib ki, Xəstəxananın baş həkimi Ağahəsən Rəsulovon yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə M.Hacıyev daha əvvəl 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. Bundan sonra məsələ ictimaiyyətin kəskin etirazı ilə daha da böyüyüb. Sosial şəbəkələrdə və mediada gedən müzakirələrdə əsas fikir yeniyetmənin əqli durumunun normal olduğu və onun məhz hər şeyin üstünü açdığı üçün cəza olaraq psixiatriya xəstəxanasına göndərilməsi istiqamətində olub. 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov ötən gün verdiyi açıqlamada yeniyetmənin vəziyyətinin ruhi xəstəxanada saxlanılacaq qədər ciddi olmadığını, yüngül pozuntuların olduğunu və geri göndərməyə çalışıqlarını deyib:

“O yeniyetmə ruhi xəstə deyil. Bunda diaqnoz sosiopatiyadır. Cəmiyyətdə özünü düzgün apara bilmir. Bir qədər narahat uşaqdır. Bunu dəlixanaya salmaq nə dərəcədə düzgündür? Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən uşaq evi barəsində yanlış demişəm. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox”.

Xəbər 970 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +