“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


25.03.2022  09:53 

16 kq narkotika ilə yaxalandı - Foto





A+  A-

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 16 kiloqrama yaxın əsasən güclü təsir edən xassəyə malik olan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

XəzərNews.az DİN Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayonunun Qobu qəsəbəsinin sakini Şahin Nəzərli Biləsuvar rayonu ərazisində saxlanılıb. Keçirilən baxış zamanı ona məxsus idman çantasından ayrı-ayrı bağlamalarda 14 kiloqram 335 qram narkotik vasitə heroin, 1 kiloqram 115 qram tiryək və 410 qram marixuana aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla Ş.Nəzərlinin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və onun vasitəsilə əldə etdiyi narkotik vasitələri deyiləcək yerlərə çatdırmaqla satışını təşkil etməli olduğu müəyyən edilib. Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Qeyd edək ki, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən təkcə son bir ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 14 fakt aşkarlanıb. Nəticədə 40 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.



Xəbər 2208 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +