“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


31.12.2021  11:47 

“Bu, nə tərbiyəsizlikdir?“ - Sevincdən Mir Yusifə CAVAB





A+  A-

Müğənni Sevinc Musayeva Xalq artisti Miri Yusiflə aralarında yaşanan qalmaqalın səbəbini açıqlayıb.

Sənətçi qazilərdən birinin toy məclisində yaşadığı hadisədən söz açıb. O bildirib ki, toya gecikdiyi üçün Miri Yusiflə mübahisə yaşayıb:

"Tıxaca görə hamı toya gecikirdi. Heç kim öz vaxtında səhnəyə çıxmadı. Mən də çatanda gördüm ki, neçə müğənni var, oturdum gözlədim. Vaxtım çatıb səhnəyə çıxanda isə dedilər Miri Yusif gözləyir bir mahnı oxu. Mən də dedim ki, üç mahnı oxuyacam. Səhnədəyəm, yanındakı köməkçi gəlib dayanıb ki, bitir. Miri Yusif və sənin kimilər toxunulmaz deyil. Burnunuz yuxarıdadır. Toxunulmaz bizim qazilər, indi soyuqda o postlarda dayanan qazilərdir. Niyə foyedə dayanmısan, özünə yaraşdırmırsan girib içəridə oturmaq? Sənə dəyər verən insanlarla bir yerdə oturmağı özünə yaraşdırmırsan? Üçüncü mahnını oxuyuram, yenə də kimsə gəlir qulağıma deyir. Hamı gəlib qulağıma deyir ki, bitir. Mahnını bitirməyimə 3 dəqiqə qalıb, səsim alındı. Miri Yusif əlində mikrofon gəldi. Bu hörmətsizliyi mənə elədin. Bu, nə tərbiyəsizlikdir? Ulduzluq xəstəliyinə tutulmusuz, bunu qəbul etmirəm, hamımız insanıq. 15 dəqiqə gözləməyi özünə yaraşdırmadın? Bu hörmətsizliyi özümə götürə bilmərəm. Özümə hörmət edirəm. O toyda qalmaqal salmaq istəmədim, ona görə də sənə cavab vermədim"./Axşam.az



Xəbər 2208 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +